Bu gün Azərbaycan Premyer Liqasının XXVIII turunda keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat verib..
Məlumatda bildirilir ki, son iki gün ərzində cəbhədə baş verən hadisələrdə şəhid olan 12 hərbi qulluqçumuzun xatirəsi bir dəqiqəlik sükutla anılacaq.