Dünən keçirilən "Barselona" - "Real" matçında (1:2) rekord nəticə qeydə alınıb.
Sportarena.az xəbər verir ki, bu oyunu "Nou Kamp"dan 99 264 nəfər insan izləyib. Bu göstərici cari mövsüm Avropa ölkələrində qeydə alınmış ən yüksək göstəricidir.
Qeyd edək ki, tutumu 99 354 nəfər olan stadion Avropanın ən böyük arenasıdır.