Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutacaq. Tura Şüvalanda start veriləcək ki, burada yerli AZAL "Kəpəz"i qəbul edəcək. Günün maraqla gözlənilən matçlarından biri Lənkəranda keçiriləcək. Çempionatın son qalibi və hazırki lideri "Qarabağ" "Xəzər Lənkəran"ın qonağı olacaq. Bu matçla paralel 16:00-da "Zirə" və "Sumqayıt" komandaları Zirədə münasibətlərinə aydınlıq gətirəcək. Saat 17:00-da start götürəcək "Rəvan" - "Neftçi" matçı "Bayıl Arena"da keçiriləcək. Turun son matçı isə Qəbələdə olacaq. "Qəbələ" "İnter"in müqavimətini qırmağa çalışacaq.
3 aprel (bazar)
AZAL – “Kəpəz” 3:0
Qollar: 37 ' [1-0] Aydın Qasımov, 65 ' [2-0] Hacı Əhmədov. 90 +3' [3-0] Mirzağa Hüseynpur (p.)
Qırmızı Vərəqə: 90+3' Junior Osvaldo
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov
“AZAL Arena”, 15:00
“Xəzər Lənkəran” – “Qarabağ” 1:2
Qollar: 12 ' [1-1] Tural Qürbətov -- 6' [0-1]; 72' [1-2] Mahir Mədətov,
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu, 16:00
“Zirə” – “Sumqayıt” 1:0
Qol: 84 ' [1-0] Nurlan Novruzov
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Rəvan” – “Neftçi” 1:0
Qol: 3 ' [1-0] Elvin Həsənəliyev
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov
“Bayıl Arena”, 17:00
“Qəbələ” – “İnter” 0:0
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu, 19:00 (canlı / CBC Sport)