AZAL-da 3 itki

17:17 2 Aprel 2016

AZAL "Kəpəz"lə oyuna ciddi itkilərlə çıxacaq. 

 

Sportarena.az xəbər verir ki, komandanın 3 üzvü zədədən əziyyət çəkir. Belə ki, Rail Məlikov, Kamal Mirzəyev və İlqar Ələkbərov məşqlərdə iştirak etmir. Kapitanla İlqar Ələkbərovun bu matçda forma geyinə biləcəyi gözlənilsə də, Kamal Mirzəyevin oyunu buraxacağı bildirilir.

 

Qeyd edək ki, AZAL - "Kəpəz" matçı aprelin 3-ü saat 15:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti