"Bavariya"nın yarımmüdafiəçisi Xabi Alonso bu gün keçiriləcək "El Klassiko" barəsində maraqlı fikirlər səsləndirib.
Sportarena.az xəbər verir ki, futbolçu bu barədə verdiyi açıqlamada "Nou Kamp"da "Barselona" üzərində qələbənin "Real" üçün İspaniya çempionluğundan daha vaicb olduğunu bildirib.
"El Klassiko" matçları hər zaman maraqlıdır. Xüsusilə də göy-qırmızılar üzərində "Nou Kamp"da qələbənin qiyməti böyükdür. Bu hətta La Liqanın çempionluğundan da vacibdir", — deyə Alonso vurğulayıb.
Qeyd edək ki, Xabi Alonso 2009/14-cü illər ərzində "Real"ın şərəfini qoruyub. Yarımmüdafiəçi "Real" forması ilə keçirdiyi 158 matçda 4 qol vurub.