"Barselona" təkcə "Real"la oyunda yox, bütün turnirlərin favorit komandasıdır. Messi, Suares və Neymar milli komandalarının heyətindən yorğun qayıda bilərlər. Amma bunun "Barselona"nın oyununa təsir edəcəyini düşünmürəm".
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib:
Futbolçu karyerasında həm "Real", həm də "Barselona"nın formasını geyinən Prosineçki "El-Klassiko"nu dünyanın bir nömrəli derbisi adlandırıb: "El-Klassiko"da iki xorvatiyalı futbolçu oynaya bilər. Modriç və Rakitiçin belə derbidə oynaması Xorvatiya futbolu üçün böyük önəm daşıyır. Mən Messi amilinə də diqqət yetirmək istəyirəm. O, "Barselona" üçün böyük üstünlükdür. Belə bir futbolçu bu vaxta kimi heç vaxt olmayıb. Dünya futbolunda bir sıra derbilər var. Ancaq "El-Klassiko"ya çatan derbi heç vaxt olmayıb".
Qeyd edək ki, bu axşam keçiriləcək "Barselona" - "Real" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.