3 güləşçimizin qızıl medal şansı

14:56 2 Aprel 2016

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. 

 

Sportarena.az xəbər verir ki, çempionatın beşinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.

 

57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə ardıcıl olaraq Makedoniyadan Elmedin Sejfulau, Bolqarıstandan Mehmed Feraim, yarımfinalda isə Rusiyadan İbrahim İlyasov ilə görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda güləşçimizin rəqibi Türkiyədən Barış Kaya olacaq. 

 


74 kq-da güləşçmiz Murad Süleymanov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Gürcü Taiel Qafrindaşvili, İsraildən Hanoc Raçamin, Latviyadan Alberts Jurçenkonu mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda Belarus təmsilçisi Raman Çitadzeni də tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda Murad Türkiyə təmsilçisi Muhammet Kotanoğlu ilə qarşılaşacaq. 

 


97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev də finala qədər inamla güləşib. Ardıcıl olaraq macar Balasz Attila Juhasz, Rusiyadan Zaynulla Kurbanov, yarımfinalda isə Ukrayndan Murazi Mçedlidzeni mübarizədən kənarlaşdıran təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Nurməhəmməd Polşa təmsilçisi Mateusz Filipczakla qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti