Bu gün daha 4 güləşçimiz mübarizə aparacaq

11:09 2 Aprel 2016

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. 

 

 

Sportarena.az xəbər verir ki, dörd yarış gününün yekununa görə yığma komandamızın aktivində 1 qızıl, 2 gümüş və 5 bürünc medal var. 

 

Çempionatın beşinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulur. 

 

Bu gün baş tutacaq qarşılaşmalarda milli komandamızı aşağıda adları qeyd olunmuş idmançılar təmsil edəcək.

 

57 kq - Mircəlal Həsənzadə


65 kq - Teymur Məmmədov


74 kq - Murad Süleymanov


97 kq - Nurməhəmməd Hacıyev 


Digər xəbərlər

Xəbər xətti