“Qəbələ” Topaz Premyer Liqanın 28-ci turunun “İnter”lə ev oyununun hazırlığına start verib.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən turun AZAL-la səfər matçından sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib.
Günün ikinci yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən komandamız sonra toplu çalışmalarla məşq edib. Hazırlığa zədəli Dodo istisna olmaqla bütün futbolçular qatılıb.
Roman Qriqorçukun komandası sabah oyunöncəsi məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.
Xatırladaq ki, IV dövrənin ilk turunun “Qəbələ” – “İnter” matçı aprelin 3-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək.