"Sumqayıt" itkisiz hazırlaşır

17:57 1 Aprel 2016

Azərbaycan Premyer Liqasının son turunda "Xəzər Lənkəran" üzərində qələbə qazanmış (2:1) "Sumqayıt" klubu "Zirə" ilə oyunun hazırlığını davam etdirir. 

 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Heyətdə zədəli futbolçu yer almır. Əsas komandadan fərqli olaraq, əvəzedici heyət isə son məşqi başa vurub.

 

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" oyunu aprelin 3-də saat 16:00-da Zirə Olimpiya Kompleksinin stadionunda baş tutacaq. Bu komandaların əvəzedici heyətləri isə sabah saat 13:00-da eyni məkanda üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti