"Kəpəz" AZAL-la oyunun hazırlıqlarına başladı

17:35 1 Aprel 2016

Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə AZAL-la qarşılaşacaq “Kəpəz” martın 31-dən oyunun hazırlığına start verib. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən bərpaedici hazırlıqdan sonra komanda bu gün meydanda məşqə çıxıb.

 

Uzun müddətə sıradan çıxan Dario Frederikonu nəzərə almasaq, heyətdə ayrı zədəli futbolçu yoxdur. Yalnız sarı vərəqə limitini dolduran Budaq Nəsirov “təyyarəçilər”lə oyunda iştirak edə bilməyəcək.

 

“Kəpəz” oyundan bir gün öncəki məşqə matçın keçiriləcəyi arenada çıxacaq. Komanda aprelin 2-də saat 16:00-da “AZAL Arena”da başlayacaq məşqlə görüşün hazırlığını tamamlayacaq.


Digər xəbərlər

Xəbər xətti