Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, baş tutan iclasda Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatının XXVII turunda keçirilmiş "Qarabağ" - "Rəvan" matçında baş vermiş qayda pozuntuları ilə bağlı müvafiq cəzalar tətbiq olunub.
Əvəzedici heyətlərin XXVII turunun “Qarabağ” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 40-cı dəqiqəsində “Rəvan” klubunun 33 №-li futbolçusu Sahil Cəfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunub.