Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən iclasda, Azərbaycan Premyer Liqasınını XXVII turunda keçirilmiş görüşlərin bəzilərində baş vermiş qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Azərbaycan Premyer Liqasının XXVII turunun AZAL – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXVII turunun “İnter” – “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXVII turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 6 №-li futbolçusu Mikayıl Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılışmışdır.
İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul etmişdir:
Oyunun 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 6 №-li futbolçusu Mikayıl Rəhimova sonuncu ümid fouluna görə göstərilmiş qırmızı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.
Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.