"İnter"də ciddi itki: kapitan müalicə üçün Gürcüstana yollanıb

22:27 31 Mart 2016

Topaz Premyer Liqanın 27-ci turunda Neftçi"yə qarşı matçda zədə səbəbindən meydanı tərk edən Bakının "İnter" klubunun kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib.

Sportarena.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu gün həkim müayinəsindən sonra məlum olub ki, yarımmüdafiəçinin əzələsində 10-12 santimetr dartılma var.

Əvvəlki zədəsini yeniləyən N.Hacıyev xüsusi terapiya prosedurundan keçmək məqsədilə bu gün Gürcüstana gedib.

Onun təqribən iki həftə meydanlardan uzaq düşəcəyi güman olunur.


Digər xəbərlər

Xəbər xətti