"Barselona"da ciddi itki: mövsüm sonunadək oynamayacaq

15:42 31 Mart 2016

"Barselona" və Fransa milli komandasının müdafiəçisi Jeremi Matye əməliyyat olunub.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu Rusiya millisi ilə yoxlama oyunu (4:2) zamanı zədələnmişdi. Əməliyyat olunan 32 yaşlı müdafiəçinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 


Qeyd edək ki, futbolçunun mövsüm sonunadək oynamayacağı güman edilir. Onun  "Avro-2016"da oynayıb-oynamayacağı isə hələ ki, məlum deyil.


Digər xəbərlər

Xəbər xətti