İspaniyanın "Valensiya" klubunun baş məşqçisi Qari Nevill istefaya göndərilib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik ingilis mütəxəssislə müqaviləyə son verib. Buna səbəb komandanın uğursuz nəticələr əldə etməsi olub.
Mövsüm sonunadək komandanın baş məşqçisi Pako Ayestaran olacaq.
Qeyd edək ki, Qari Nevil dekabr ayında "Valensiya" klubunun baş məşqçi postuna gətirilmişdi. O, komanda ilə keçirdiyi 28 matçda 10 qələbə, 7 heç-heçə və 11 məğlubiyyət əldə edib.