"Qarabağ"dan rekord göstərici

12:29 31 Mart 2016

Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb. 

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ilin arxada qalan hissəsinə təsadüf edən 9 turda “Qarabağ” hamıdan üstün olub. 


22 xal toplayan Ağdam təmsilçisi dövrənin qalibidir. Qurban Qurbanovun yetirmələri 18 xal topladığı II dövrədə də hamını arxada qoymuşdu. Mövsümün ilk 9 turunun ən yaxşısı isə “Qarabağ”ı top fərqində üstələyən “Qəbələ” idi – 20 xal. İkinci dəfə dövrənin ən yaxşısı olan ağdamlılar 22 xal toplamaqla 9 tur üçün mövsümün rekord göstəricisinə imza atıb. Əyalət klubu dövrədə hamıdan çox qol vurub və ən az top buraxıb. 

 

Qeyd edək ki, “Zirə” dövrəni heç-heçəsiz, “Rəvan”la “Xəzər Lənkəran” qələbəsiz bitirib.


Digər xəbərlər

Xəbər xətti