"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXVIII turunda "Zirə" ilə qarşılaşacağı matça ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, dünən "Xəzər Lənkəran" ilə matçda birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Mikayıl Rəhimov növbəti iki matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Sumqayıt" aprelin 3-ü səfərdə "Zirə"nin qonağı olacaq.