Azərbaycan Premyer Liqasının 27-ci turunda "Xəzər Lənkəran" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
Matçdan sonra Sportarena.az saytına açıqlama verən "Xəzər Lənkəran"ın futbolçusu Tural Qürbətov bunları deyib:
"Hamı gördü ki, yaxşı oyun oynadıq. Qismətdə yoxdu, qol vura bilmirik. Həmişəki kimi real epizodlarda topu çölə vururuq. Bəxtimiz gətirmir. Hakim də son dəqiqlərdə 100 faizlik penaltini vermədi. Hakimin bir neçə səhvi olduki, buda birbaşa oyunun nəticəsinə təsir etdi.
Artıq neçənci oyundurki, məğlub oluruq. Necə ediriksə alınmır. Komandada kiminsə ahı qalıb sanki və buna görə qalib gələ bilmirik.