Azərbaycan Premyer Liqasının 27-ci turunda "Xəzər Lənkəran" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
Matçdan sonra Sportarena.az saytına açıqlama verən "Xəzər Lənkəran"ın futbolçusu Orxan Səfiyaroğlu bunları deyib:
"Çox maraqlı oyun oldu. Həm də çox üzgünük ki, məğlub olduq. Qələbə qazanmalı olduğumuz matçda məğlub olduq. Rəqibin azlıqda qalmasında istifadə edə bilmədik. Bir epizodum oldu, ötürmə də edə bilərdim amma tələsdim. Hər oyunda epizodlarımız olur. Amma vura bilmirik. Hakimliyə gəlincə belə düşünürəm ki, 1 qırmızı və bir penalti verdiyi üçün son dəqiqədə olan epizoda 11 metrlik cərimə zərbəsi təyin etmədi. Amma penalti var idi, verməli idi. "