Azərbaycan Premyer Liqasının 27-ci turunda "Xəzər Lənkəran" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
Matçdan sonra Sportarena.az saytına açıqlama verən "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov bunları deyib:
"Çox ciddi hazırlaşmışdıq bu oyuna, çünki bir neçə oyundur ki, yaxşı oynasaq da qol vura bilmirik. Bizdə bunu aradan qaldırmağa çalışırdıq. Bunu bacardıq amma daha çox qol vura bilərdik ki, bəxtsizlik bizə imkan vermədi. Axır vaxtlar sanki bu komandanın bir xəstəliyi olub. Əlimizə düşən fürsətlərdən yararlana bilmirik. Çox çalışdıq amma alınmadı. Qarşıda bizi "Qarabağ" və "Neftçi" ilə çətin oyunlar gözləyir. Bu məğlubiyyəti unudub onlara hazırlaşacağıq.