Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Sumqayıt” “Xəzər Lənkəran”ı məğlub edib.
Sportarena.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Mәmmәdov isə hakimdən narazı qaldığını qeyd edib:
"Rәqibi tәbrik edirәm. Qalib gәldilәr. Hakimdәn narazı qaldım. Hәr iki tәrәfә qarşı sәhv qәrarlar var idi. Mәsәlәn, rәqibin futbolçusuna verilәn qırmızı vәrәqә haqsız idi. Ağabala Ramazanov bilә-bilә әllәr oynayır, amma Orxan Sadıqlı sarı vәrәqә görür. Hakimlik sıfır!"
Mәmmәdov komandasının oyunlarda son dәqiqәlәrdә qol buraxmasına münasibәt bildirib: "Biz dә bundan narahatıq. Özüm bilmirәm ki, nә mәşq verim ki, bu sindromdan qurtulaq".(qafqazinfo.az)