Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qarabağ"la qarşılaşan "Rəvan" biabırçı nəticə ilə məğlub olub.
Sportarena.az-ın "Azərsun Arena"ya ezam olunmuş əməkdaşının məlumatına görə, matçdan sonra "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov 1:5 hesablı məğlubiyyəti belə şərh edib:
"Rəqibi təbrik edirəm. Hücumda çox güclü oynadılar. Sonuncu qolu heçnədən qapımızda gördük. Rəqib qapısına hücum edirsən və qol vura bilmirsən, nəticədə rəqib asanlıqla qol vurur. "Qarabağ"ın futbolçuları çox güclüdür və sürətlidir. Klubun bir futbolçusu eyni anda 3 futbolçumuzu keçə bilər. Bu nə deməkdir? Rəqibin güclü olması deməkdir. Qolların çoxu səhvlərimizdən vuruldu. 3 qolu bir rəqibə hədiyyə etdik. Biz bu oyunla heç bir kluba qalib gələ bilmərik."