"Barselona"nın futbolçusu Adriano İspaniya La Liqasının 31-ci turunda "Real"a qarşı oyunu buraxacaq.
Buna səbəb braziliyalı müdafiəçinin son məşqdə zədələnməsidir. Adrianonun təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, "Barselona" - "Real" matçı aprelin 2-i keçiriləcək Azərbaycan Televiziyası və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.