"Qarabağ" darmdağınla qazandı, "Xəzər Lənkəran" və "Qəbələ" səfərdə büdrədi - YENİLƏNİB

19:59 30 Mart 2016

Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunun oyunlarına start verirlir.

Sportarena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək. Açılış oyunları Gəncədə və Şüvəlanda baş tutacaq. 15:00-da başlayacaq matçlarda Gəncədə debütantların duelində "Kəpəz" "Zirə"ni qonaq edəcək. Eyni saatda baş tutacaq digər qarşılaşma Şüvəlanda keçririləcək. Yerli AZAL "Qəbələ"səddini keçməyə çalışacaq. Sumqayıtda baş tutacaq "Sumqayıt" - "Xəzər Lənkəran" matçı 17:00-da start götürəcək. Çempionatın lideri "Qarabağ" isə 17:30-da doğma meydanında autsayder "Rəvan"ı sanağa çəkəcək. Turun mərkəzi görüşlərindən sayılan "İnter" - "Neftçi" görüşü 18:00-a təsadüf edəcək. 

 

30 mart (çərşənbə)

“Qarabağ” – “Rəvan” 5:1
Qollar: Miqel Madera, 16 (1:0), Muarem Muarem, 53 (2:0), Riçard Almeyda, 55 (3:0), Reynaldo, 64 (4:0), Yasin Həmid, 68 (4:1), Dani Kintana, 90+1 (5:1)

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov
“Azərsun Arena”, 17:30

 

“Sumqayıt” – “Xəzər Lənkəran” 2:1
Qollar: Zaman Mirzəzadə, 47-pen (0:1), Nodar Məmmədov, 50-avtoqol (1:1), Murad Ağayev, 90 (2:1)

Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov
“Kapital Bank Arena”, 17:00

 

“Kəpəz” – “Zirə” 2:0
Qollar: Tural Axundov, 64-pen (1:0), Tural Rzayev, 79 (2:0) 

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov
Gəncə şəhər stadionu, 15:00 (canlı / CBC Sport)

 

AZAL – “Qəbələ” 2:1
Qollar: Aleksey Qay, 36-pen (0:1), Tural Hümbətov, 53 (1:1), Murad Səttarlı, 73 (2:1) 

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov 
AZAL Arena, 15:00  

 

“İnter” – “Neftçi” 0:1

Qol: Ruslan Qurbanov, 51-pen (0:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
“İnter Arena”, 18:00 (canlı/CBC Sport)

 


Digər xəbərlər

Xəbər xətti