Kasilyas üsyan etdi: "Oyunumu az qalır mikroskopla təhlil edirlər"

22:31 29 Mart 2016

"Porto" və İspaniya millisinin qapıçısı İker Kasilyas yığmada böyük təzyiq altında olduğunu dilə gətirib.
 
 "Məni mikroskop altında təhlil edirlər. Elə olur ki, hətta topu necə meydana vurmağıma diqqət yetirirlər. Heç kim quru oyunlar və təhlükəli vəziyyətlərdən danışmır. Topa necə toxunmağıma baxırlar. Bunu da müzakirə etmək olar?
Millidə oynayarkən sən hər şeyi komandanın yaxşılığı üçün edirsən, hər şeyini kollektivə həsr edirsən. Bu mənim xoşuma gəlir", — deyə Kasilyas bildirib.


Digər xəbərlər

Xəbər xətti