"Kəpəz" "Zirə" üçün hazırlıqları tamamladı

17:55 29 Mart 2016

Sabah Azərbaycan Premyer Liqasının XXVII turunda doğma meydanda "Zirə"ni qəbul edəcək "Kəpəz" bu gün Gəncəyə gəlib. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda oyunun keçiriləcəyi şəhər stadionunda saat 16:00-da qarşıdakı görüş öncəsi son məşqinə çıxıb.
 


Mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan hazırlıq prosesi təxminən 50 dəqiqə davam edib. Əsas milli komanda ilə Türkiyə toplanışında olmuş Namiq Ələsgərov ilə Tərlan Quliyev də komandanın məşqində iştirak edib.  
 


"Zirə" ilə matçda uzun müddətə sıradan çıxan Dario Frederiko ilə yanaşı, Julien Ebah da "Kəpəz"ə kömək edə bilməyəcək. Kamerunlu hücumçu sarı vərəqə limitini doldurduğundan cəzalı vəziyyətə düşüb. 


Digər xəbərlər

Xəbər xətti