"Barselona"da "El Klassiko" öncəsi ciddi itki

01:10 29 Mart 2016

"Barselona" "Real"la qarşılaşmaya itki ilə çıxa bilər.

 


Sportarena.az xəbər verir ki, Kataloniya klubunun mərkəz müdafiəçisi Jordi Alba, İspaniya millisinin heyətində Rumıniya ilə yoldaşlıq matçında zədələnib. Topuğu çıxan futbolçunun "El Klassiko"da oynayıb-oynamayacağı növbəti dəfə tibbi müayinədən keçdikdən sonra bilinəcək.

 

Qeyd edək ki, "Barselona" - "Real" oyunu aprelin 2-i keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti