"Barselona" futbol klubunun stadionu "Nou Kamp"a bir neçə gün öncə vəfat etmiş əfsanəvi futbolçu Yohan Kroyfun adı verilə bilər.
Sportarena.az xəbər verir ki, bu gün klubun direktorlar şurası məsələnin müzakirəsi üçün növbədənkənar yığıncaq təşkil edəcək.
İclasda kataloniyalı azarkeşlərin "Nou Kamp"ın adını dəyişdirilib əfsanəvi hollandın adına verilməsi təklifi ilə yanaşı, Kroyfun çıxış etdiyi "14" nömrəsinin əbədiləşdirilməsi məsələsi də müzakirə olacaq.
Qeyd edək ki, hazırda bu nömrə ilə "Barselona"nın yarımmüdafiəçisi Havyer Maskerano çıxış edir.