Hazırlığı davam etdirən "Sumqayıt" Futbol Klubu bu gün "Kapitan Bank Arena"da növbəti məşqinə çıxıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, martın 30-da "Xəzər Lənkəran"la qarşılaşacaq Samir Abasovun komandasında zədəli futbolçu yer almır. Sadəcə sarı vərəqə limitini dolduran Rasim Ramaldanov bu görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu saat 17:00-da start götürəcək.