Salvadorun məşqçisi danışdı: "Bonillanın cavab oyununa hazır olacağını dəqiq deyə bilmərəm"

21:35 28 Mart 2016

"Zirə"nin salvadorlu hücumçusu Nelson Bonilla milli komandasının heyətində Honduras yığmasına qarşı keçirilimiş matçda zədələnib.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, bu xəsarətdən sonra futbolçunun Hondurasla cavab oyununa çıxıb-çıxmaması sual altına düşüb.

 

Lakin, bu barədə açıqlama verən, Salvador millisinin fiziki məşqçisi Luis Giribaldi futbolçunun narahatlıqının keçici olduğunu bildirib.

 

"Bonilla oyun ərzində yüngün xəsarət alib, amma bu ciddi bir hal deyil. Cavab oyunu üçün hələ 2 gün vaxt var. Neçə faiz hazır olması haqqında danışmaqdan xoşum gəlmir. Çünki oyuna bir gün qalmış da hər şey ola bilər. Məsələn, oyunçu rahat yatmaya bilər və s. Amma ümid edirəm  ki, Hondurasda yaxşı oyun nümayiş etdirərik".


Qeyd edək ki, Honduras millisi ilə ilk qarşılaşmada Nelson Bonilla matçın 89-cu dəqiqəsində fərqlənərək hesabı 2:2 etmişdi və komandasına 1 xal qazandırmışdı.


Digər xəbərlər

Xəbər xətti