"Neftçi"də nizam-intizam bu gün də problemdi.
Sportarena.az xəbər verir ki, baş məşqçilər dəyişir, bu, dəyişmir. Əksinə, daha da dərinləşir. Növbəti belə hal son məşqdə qeydə alınıb. Vəli Qasımovun keçdiyi hazırlıq prosesinin gedişində Cavid İmamverdiyevlə Jairo əlbəyaxa olub.
Braziliyalı müdafiəçinin ikili mübarizə zamanı kobudluğa əl atması İmamverdiyevi özündən çıxarıb. Belədə ara qarışıb, məzhəb itib. Komanda yoldaşları dalaşanları bir-birindən güclə ayırıb.(sportinfo.az)