Martın 24-dən etibarən hazırlıqlara başlayan "İnter" bu gün növbəti məşqinə çıxıb.
Sportarena.az xəbər verir ki, Serbiyada müayinədən keçən komandanın kapitanı Nizami Hacıyev artıq məşqlərə başlayıb.
Bu gün keçirilən məşq zamanı komandanın daha bir zədəli futbolçusu Rauf Əliyev də heyətlə birlikdə olub.
Komandanın zədəli futbolçusu Qara Qarayev isə "Neftçi" ilə matçı buraxmalı olacaq.
Qeyd edək ki, "İnter" – "Neftçi" matçı martın 30-da saat 18.00-da "İnter Arena"da keçiriləcək.