"Barselona"dan gözlənilməz addım

11:59 28 Mart 2016

"Barselona" klubu mərhum futbolçusu Yohan Kroyffun xatirəsinə yoldaşlıq oyunu keçirəcək.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona" klubu ötən həftə vəfat etmiş əfsanəvi hollandiyalı futbolçusu Kroyffun xatirəsinə, Hollandiyanın "Ayaks" klubu ilə yoldaşlıq  görüşü keçirəcək. Məlumata görə görüş barəsində klublar arasında danışıqlar aparılır. Matçın iyul ayında keçiriləcəyi ehtimal olunur.

 

Qeyd edək ki, "Ayaks" klubu da əfsanəvi futbolçunun adını əbədiləşdirmək üçün, ev oyunlarını keçirdiyi stadion olan "Amsterdam Arena"nın adını dəyişmək fikrini irəli sürmüşdü. Səhmdarlar ilə razılıq əldə olunacağı təqdirdə stadion  Yohan Kroyffun şərəfinə adlandırılacaq.


Digər xəbərlər

Xəbər xətti