"Barselona"nın ulduz futbolçusu Lionel Messi Kriştian Ronaldo haqqında maraqlı açıqlama verib.
Sportarena.az "Football Esapa" nəşrinə istinadən xəbər verir ki, futbolçu açıqlamasında Kriştian Ronaldo ilə özünün müqayisə edilməməsini bildirib:
"Mediya nümayəndələri həmişə məni və ya Ronaldonu kiminləsə müqayisə edir. Amma mən kiminləsə müqayisə edilmək üçün deyil, komandamın uğur qazanması üçün mübarizə aparıram.
Məni Ronaldo və ya başqa biri ilə müqayisə etməyin.
"Real"da böyük oyunçular var. Onlar həmişə dünyanın ən yaxşı komandaları sırasında olublar. "Real" çempionluq yolunda bizə həmişə ən çətin rəqiblərdən biri olub".