İspaniya millisinin qolkiperi David De Xea İtaliya ilə yoldaşlıq matçında (1:1) sonra maraqlı açıqlamalar ilə yadda qalıb.
Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Mançester Yunayted"in ulduz qolkiperi açıqlamasında İker Kasilyasın dünyanın ən yaxşı qolkiperi olduğunu bildirib:
"Matç ərzində yaxşı oyun göstərdiyim üçün şadam.
Mənimlə Kasilyas arasında sağlam rəqabət var. Amma matçda kimin oynayacağına baş məşqçi qərar verir.
Biz İspaniyanın və dünyanın ən yaxşı qapıçısının Kasilyas olduğunu bilirik.
Amma mən artıq buradayam və nəyə qadir olduğumu hər kəsə göstərəcəyəm".