Madrid "Real"ının ispaniyalı müdafiəçisi Serxio Ramos dünən yoldaşlıq oyunları çərçivəsində keçirilən İtaliya - İspaniya matçında (1:1) zədələnib.
Sportarena.az İspaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, zədələnərək meydanı tərk edən futbolçu, bu gün Madridə geri dönüb. Onun hansı müddətə oynamayacağı isə hələ məlum deyil. Lakin məlumata görə futbolçunun mart ayının 29-u Rumıniya millisinə qarşı keçiriləcək matçda iştirak etməyəcəyi dəqiqdir.