"Real"ın yarımmüdafiəçisi İsko komandadan ayrılacağı barədə gəzən şaiyələrə münasibət bildirib.
Sportarena.az "AS" qəzetinə istinadən xəbər verir ki, 23 yaşlı ispaniyalı futbolçu açıqlamasında növbəti mövsümdə də "Real"da oynayacağını bildirib:
"Mənim "Real" klubu ilə daha 2 il müqaviləm var. Bu barədə gəzən şaiyələr tamamilə yanlışdır. Mən müqaviləmin müddəti bitənədək "Real" klubunun uğurları üçün çalışacağam".
Xatırladaq ki, bir müddət öncə yayılan məlumata görə "Real" rəhbərliyi futbolçunun oyunundan narazı idi. Bu səbəbdən klub yayda yarımmüdafiəçini satışa çıxarılacğını bildirmişdi.
Qeyd edək ki, "Yuventus" klubu ispaniyalı üçün 30 milyon avro ödəməyə hazırdır. Bundan əlavə İngiltərənin "Mançester Siti" klubu oyunçunun xidmətində maraqlıdır.