"Barselona"dan Arda Turana cəza

15:33 24 Mart 2016

"Barselona"nın türk futbolçusu Arda Turan cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun məşqlərə gecikməsidir. Qaydaya görə futbolçular məşqdən 1 saat öncə klubun bazasında olmalı və məşqdən yarım saat əvvəl isə stadionda toplaşmalıdırlar. Malumata görə bu mövsüm  məşqlərə gecikməsinə görə ən çox cəza alan futbolçu Cerard Pikedir. Neymarla Adriano isə müvafiq olaraq 2 və 3-cü yerləri tutur. 4-cü yerdə isə türkiyəli Arda Turan qərarlaşıb.

 

Qeyd edək ki, bu cəzalara görə futbolçular pul ödəməli olur. Bu pullar isə klub tərəfindən xeyriyyə işlərinə xərclənir.


Digər xəbərlər

Xəbər xətti