Uruqvay millisinin futbolçusu Luis Suares "DÇ-2018"in seçmə mərhələsində Braziliya ilə oyun öncəsi maraqlı açıqlama ilə yadda qalıb.
Sportarena.az xəbər verir ki, futbolçu komanda yoldaşı Neymarla mərcə girdiyini deyib:
"Braziliya millisinin futbolçusu Neymarla mərcə girmişəm. Qalib gəlsək, mənə qamburger alacaq. Neymar yaxşı komanda yoldaşıdır. Onunla "Barsa"da zarafatlaşırdıq. Kim qalib gəlirsə-gəlsin, bu matçdan zövq almağa çalışacağıq".