"Atletiko"nun yarımmüdafiəçisi Tiyaqo Mendeş məşqlərə başlayıb.
Sportarena.az xəbər verir ki, futbolçu bu gün komandanın heyətində məşq edib. 35 yaşlı futbolçu bugünkü məşqdə 20 dəqiqə iştirak edib.
Xatırladaq ki, Mendeş noyabrın 28-i "Espanyol" klubu ilə qarşılamada zədələnmişdi.
Qeyd edək ki, futbolçunun "Atletiko" ilə müqaviləsi bu ilin yayında başa çatacaq.