"Barselona"nın futbolçusu Jerar Pike "El Klassiko" barəsində fikrilərini bölüşüb.
Sportarena.az xəbər verir ki, Pike "Real"la qarşılaşmalardan öncə aranı qarışdırmağı xoşladığını bildirib:
"Barselona ilə Realın qarşıdurması bu klubları daha da nəhəng edir. Məhz bu səbəbdən də aradabir vəziyyəti gərginləşdirməyi xoşlayıram.
"Barsa"nın uğurları nəylə bağlıdır? Biz ailəyik , ona görə.
Biz sevinci və kədəri birlikdə yaşayırıq. Bunu təkcə futbolçular haqda söyləmirəm.Bu həkimindən tutmuş məşqçisinə qədər hamıya aiddir", — deyə Pike qeyd edib.