PSJ də Kroos üçün hərəkətə keçdi

14:54 23 Mart 2016

PSJ  "Real"ın yarımmüdafiəçisi Toni Kroosu transfer etmək niyyətindədir.


Sportarena.az xəbər verir ki, Fransa təmsilçisi meydanın mərkəzini məhz alman futbolçu ilə gücləndirmək niyyətindəndir və 45 milyon avro ödəməyə hazırdır.
 

Bir müddət öncə yayılan məlumata görə, İngiltərə nəhəngi "Mançester Yunayted" də  futbolçunu heyətinə qatmaq istəyir. Klubun alman futbolçu üçün 50 milyon avro  ödəməyə hazır olduğu bildirilir.
 
 

Qeyd edək ki, Kroosun "Real" ilə müqaviləsi 2020-ci ildə başa çatır.


Digər xəbərlər

Xəbər xətti