Xəbər verdiyimiz kimi, bu gün "Barselona"nın futbolçusu İvan Rakitiç Xorvatiya millisinin düşərgəsində zədələnərək İspaniyaya geri dönüb.
Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, geri döndükdən dərhal sonra tibbi müayinədən keçən futbolçunun zədəsinin ciddi olmadığı məlum olub. Lakin o, Xorvatiya millisi ilə keçiriləcək 2 hazırlıq matçında iştirak etməyəcək.
Futbolçunun zədəsinin aprel ayının 2-də keçiriləcək "El Klasiko"ya qədər bərpa olunacağı gözlənilir.