"Atletiko" "Barselona" ilə matça ciddi itkilər ilə çıxacaq

16:07 22 Mart 2016

"Atletiko"nun daha bir futbolçusu zədələnib.

 

Sportarena.az xəbər verir ki, Madrid klubunun uruqvaylı müdafiəçisi Xose Ximenes "Sportinq"lə matçda bud əzələsinin dartılmasının 2-ci dərəcəsi ilə üzləşib.  Bu səbəbdən futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Bundan başqa səhhəti ilə daha 2 futbolçu problem yaşayır. Onlar mərkəz müdafiəçiləri Diqo Qodin və Stefan Saviçdirlər.
 


Qeyd edək ki, "Barselona" ilə "Atletiko" arasında Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunu aprelin 5-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti