Beyl yeni müqavilə ilə Ronaldoya çatacaq

15:33 22 Mart 2016

"Real" klubu uelsli yarımmüdafiəçisi Qaret Beyllə müqavilənin müddətini uzatmaq niyyətindədi.

 

Sportarena.az xəbər verir ki, klub müqavilənin müddətini daha 2 il artıraraq 2012-ci ilədək uzatmaq niyyətindədir. Beyl yeni müqaviləni imzalayacağı təqdirdə ilinə 9 milyon deyil 20 milyon avro qazanacağı gözlənilir. Klubun bu təklifinin səbəbi hazırda Beylə Avropanın digər komandaları tərəfindən olan böyük maraqdır.

 

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm La Liqada 18 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti