Mövsüm sonunda "Mançester Siti"dən ayrılacağı gözlənilən Manuel Pelleqrini karyerasına "Valensiya"da davam edəcəyi gözlənilir.
Sportarena.az xəbər verir ki, La Liqada uğursuz çıxış edən "Valensiya" klubu, baş məşqçisi Hari Nevillə müqaviləni uzatmayacaq. Bu səbəbdən klubun baş məşqçi postuna ən real namizədlərdən biri Manuel Pelleqrinidir.
Qeyd edək ki, , Pelleqrini bundan əvvəl İspaniyanın "Vilyarreal" (2004-2009), "Real" (2009-2010) və "Malaqa" (2010-2013) klublarını çalışdırıb.