"Barselona"da ciddi itki

11:12 20 Mart 2016

"Barselona" bu gün oynayacağı "Vilyareal" matçı öncəsi ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın kapitanı Andres İnyesta əzələsində yaranan problemə görə bu qarşılaşmanı buraxmalı olacaq. Futbolçunun yaşıl meydanlara nə zaman dönəcəyi bilinmir.
 


Qeyd edək ki, katalonlar kapitandan əlavə, Rafinya, Vermalen, Xordi Masip və Duqlasın da sözügedən matçda komandasına kömək edə bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti