Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, doğma meydanda "Qarabağ"ı qəbul edən "Qəbələ" klubu 1:2 hesabı ilə məğlub olub. Matçdan sonra "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk oyun haqqında fikirlərini bölüşüb.
"Qarabağ"la görüşdə hər bir futbolçu özünün ən yaxşı oyununu sərgiləməli idi. Kobud səhvlərə yol verməməliydik. Rəqibi yaxşı analiz etmişdik. Lakin hər iki qol cərimə meydançasının içindən, yaxın məsafədən vuruldu və heç bir müdafiəçi rəqib futbolçulara mane ola bilmədi. Komanda əgər beləsəhvlərə yol verəcəksə qələbə qazana bilməyəcəyik. "Qarabağ" kimi komanda ilə görüşdə isə qələbə qazanmaq mümkünsüz idi".