Qurban Qurbanov: "Qriqorçuk elə bir baş məşqçidir ki..."

16:56 19 Mart 2016

“Çox vacib 3 xalı qazandıq. Güclü rəqibə qarşı oynayırdıq. “Qəbələ” kimi komandaya onun meydanında qalib gəlmək həqiqətən böyük bir uğurdur. Baxmayaraq ki, bu komanda son  bir neçə oyunda istədiyi nəticəni əldə edə bilməyib, amma Qriqorçuk elə bir baş məşqçidir ki, hər zaman komandanı yenidən yığa bilər və istənilən rəqibə qalib gələ bilər.  Düşünürəm ki, futbolçularım qələbəyə daha çox layiq idi. Bu səbəbdən futbolçularımı təbrik edirəm. “Qəbələ” komandasına da uğurlar arzulayıram”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXVI turunda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.


Baş məşqçi Reynaldonu oyuna daxil etməməsi barəsində də fikir bildirib:

“Sözün doğrusu Reynaldonu oyuna buraxmağa fikrim var idi, amma bir az ehtiyyatlı davrandım. Bu səbəbdən bu gün onu meydana çıxarmadım. Növbəti oyunlarda Reynaldonu meydana buraxacağıq”.


Digər xəbərlər

Xəbər xətti